Əminə Ərdoğan Birləşmiş Millətlərdə çıxış edib

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, BMT Zirvəsində konfransa qatılıb.

140769
Əminə Ərdoğan Birləşmiş Millətlərdə çıxış edib

Cümhurbaşqanlığının internet saytında yer tutan məlumata görə, Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, BMT Zirvəsi üçün New Yorkda olan liderlǝrin yoldaşlarının iştirak etdiyi, "Qadın və Qız Uşaqlarının vǝziyyǝtinin maliyyə cəhətdən yaxşılaşdırılması" başlıqlı konfransa qatılaraq çıxiş edib.
Əminə Ərdoğan, qadın və qız uşaqlarının maliyyə cəhətdən yaxşılaşdırılmasının ən əhəmiyyətli mövzuların başında yer tutduğunu ifadə edib.
Ərdoğan, Türkiyədə istǝr dövlət istərsə qeyri-hökumət təşkilatları tərəfindən verilən təhsil tǝşviqlǝrindǝn və özünün nǝzarǝtindǝki layihələrdən nümunələr verib.
Xüsusilə müharibə şəraitində ən böyük çətinliyi qadın və uşaqların yaşadığını ifadə edən Ərdoğan, İraq və Suriyada davam edən döyüşlər səbəbiylə Türkiyəyə çoxlu sayda insanın sığındığına diqqət çəkib. Əminə Ərdoğan, "Ölkəmiz vətəndaşları üçün göstǝrdiyimiz təhsil fəaliyyətlərini, eyni hǝssaslıqla ölkəmizə gələn bu insanlar üçün də göstǝririk" deyǝ ifadǝ edib.
Qadınların və qız uşaqlarının maliyyə cəhətdən yaxşılaşdırılmasının ilk addımı olaraq Türkiyədə reallaşdırılan təhsil seferberliğinin bütün dünyaya nümunə olacağına ümid etdiyini bildirǝn Əminə Ərdoğan, "ǝmǝkdaşlıq, xüsusilə də təcrübə mübadiləsi çox gözəl hədəflərə çatmağın ilk addımı olacaq" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr