"Bu iddialar əsassız və həqiqətdən uzaqdır"

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç alman mətbuatında Türkiyənin gizlin olaraq nüvə silahı istehsal etdiyinə dair yayılan məlumatları təkzib edib.

139983

"Nüvə enerjinin sülh məqsədlərlə istifadə edilməsi prinsipinə sadiq bir şəkildə bağlı olan ölkəmiz haqqında yayılan bu iddialar əsassız və həqiqətdən uzaqdır" deyib.
Nazirliyin sözçüsü ölkəsinin nüvə silahlarından uzaq bir dünya hədəflədiyi və nüvə silahlarının yayılmasının qarşısının alınması sazişi çərçivəsində nüvə enerjinin sülh məqsədlərlə istifadə edilməsi prinsipinə əməl etdiyini bildirib.
Bilgiç bu iddiaların NATO- ya üzv olan bir ölkənin mətbuatında yer almasından təəssüfləndiyini bildirib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr