Prezident Әrdoğan:"İŞİD әli qanlı terror tәşkilatıdır"

Ərdoğan, BMT-nin növbәti baş assambleyası və xarici döyüşçülərә qarşı mübarizə iclasında dünyaya әhәmiyyәtli mesajlar verib.

137833
Prezident Әrdoğan:"İŞİD әli qanlı terror tәşkilatıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin növbәti baş assambleyası və xarici döyüşçülərә qarşı mübarizə iclasında etdiyi çıxısında bölgәdә cәrәyan edәn proseslәrә toxunaraq dünyaya әhәmiyyәtli mesajlar verib.
İraqdakı böhranın Türkiyə başda olmaqla bütün bölgə ölkələrinә mәnfi təsirinin olduğunu, Suriya məsələsinin də eyni şəkildə sərhədləri aşmağa başladığını qeyd edib. Fələstində yarım əsrdir davam edən problemin də bölgədəki bir çox məsələnin ortaya çıxmasında әsas sәbәb olduğunu ifadә edәn prezident Ərdoğan, Qəzza Zolağına tәtbiq edilәn embarqonun qaldırılması və İsrailin yanında müstəqil bir Fələstin dövlətinin varlığının mәnimsәnmәsi siyasi, insani və əxlaqi bir zərurətdir deyib.
Misirdə qanuni iqtidara hәrbi çevriliş nәticәsindә son qoyulduğuna diqqət çəkən Ərdoğan, “Çevrilişә biganә qalınması BMT-nin etibarına zәrbә vurar. Bölgədəki qırğınlar və çevrilişlәr qarşısında sәssiz qalanlar isә bu insanlıq cinayәtinә ortaq olar” deyә vurğulayıb.
Ərdoğan, Çıxışında terror mövzusuna da toxunaraq bildirib ki, Beynəlxalq ictimaiyyətin problemlər qarşısında iki üzlü siyasәt izlәmәsi terroru güclәndirәn әn önәmli ünsürdür.
Prezident Әrdoğan BMT baş assambleyası toplantısından sonra Xarici Döyüşçülərә qarşı mübarizә iclasında da etdiyi çıxışında İŞİD-in mәsum insanları qәtl edәn әli qanlı terror təşkilatı olduğunu ifadә edәrәk, “Terrora qarşı mübarizәdә milli maraqlarımızın tələb etdiyi lazımlı addımlar, regional sabitlik və hümanitar qaydalar nәzәrә alınaraq surətlə atılacaq” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr