"Qarabağda üç nəslin bir soyqırımı"

Sentyabrın 17-də Azərbaycandakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərginin açılışı olub.

130292
"Qarabağda üç nəslin bir soyqırımı"

Sentyabrın 17-də Azərbaycandakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərginin açılışı olub.
Sərginin rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan və digər rəsmi şəxslər, səfirliyin təmsilçiləri, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sərginin “xatirə kitabı”nda Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb. O bildirib ki, 22 ildir Qarabağda bir insanlıq faciǝsi yaşanır, ancaq dünya birliyi bunun qarşısında sakit dayanır. Bir çox ölkǝ, bǝzi qeyri-hökumǝt tǝşkilatları insan haqlarından, azadlıqdan bǝhs edǝnlǝr, Suriyada, İraqda, Ukraynadakı hadisǝlǝrlǝ maraqlanırlar amma 22 ildǝn bǝridir Qarabağda insanlıq faciǝsi yaşanır. 1 milyondan artıq Türk qardaşımız yerindǝn yurdundan didǝrgin salınıb. Haqsız, hüquqsuz bir işğal var, yaşanmış vǝhşǝtlǝr, cinayǝtlǝr var. O vǝhşǝtin ǝmrini verǝnlǝrin içindǝ bu günkü Ermǝnsitan prezidenti dǝ var. Bunu hǝr kǝs bilmǝlidir, bu mǝsǝlǝ hamımızın mǝsǝlǝsidir. Onun üçün bu bizim ortaq kǝdǝrimizdir, o ǝrazilǝr yenidǝn Türk qardaşlarımızın yaşaya bildiyi bir yer halına gǝlinǝ qǝdǝr bunu unutdurmamaq lazımdır.
Qeyd edǝk ki, sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanılıb.
Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayanların şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.
Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfrans keçiriləcək.
Sǝrgi İstanbul, Belçika vǝ Hollandiyada da açılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr