Baş nazir Davudoğlu Azərbaycana səfər edəcək

Əhməd Davudoğlu, "Baş nazir" olaraq xaricə səfərini Azərbaycana reallaşdıracaq.

130823
Baş nazir Davudoğlu Azərbaycana səfər edəcək

Əhməd Davudoğlu, "Baş nazir" olaraq  xaricə səfərini Azərbaycana reallaşdıracaq.

Davudoğlu, bu gecə Bakıya gedəcək, sabah da görüşlərini başladacaq.

Davudoğlu, dünyanın ən əhatəli təbii qaz daşıma layihələrindən biri olan "Cənubi Qaz Dəhlizi" nin təməlqoyma mərasiminə də qatılacaq.

Layihə ilə Azərbaycanın Şahdəniz sahəsindən çıxarılacaq qaz, Türkiyə üzərindən Avropaya daşınacaq.

Baş nazir Əhməd Davudoğlu, Azərbaycanda ilk olaraq mərhum prezident Heydər Əliyevin abidə məzarı ilə Türkiyə və Azərbaycan şehitliklerini ziyarət edəcək.

Davudoğlu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul ediləcək.

Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız da Davutoğluna səfəri zamanı müşayiət edəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, regional məsələlər, müdafiə sənayesi sahəsindəki investisiyalar ilə enerji layihələri müzakirə ediləcək.

Baş nazir Davudoğlunun səfəri iki gün davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr