Türkiyəni dünyada təmsil edәn iki media tәşkilatı

TRT; Anadolu Agentliyi, Mətbuat-Yayım İnformasiya Baş İdarəsi, milli radio-televiziya vә mәtbuat şurası işlәri üzrә baş nazir müavini Yalçın Akdoğan dünən TRT Xəbər kanalına müsahibә verib.

120060

Gündәmdәki mövzular ilә bağlı әhәmiyyәtli açıqlama verәn Akdoğan, əvvəlcə nәzarәtindәki təşkilatlar haqqında danışıb. TRT və Anadolu agentliyi "Yalnız milli deyil, beynəlxalq fәaliyyitlә Türkiyəni dünyada təmsil edirlər." deyә vurğulayıb.
Baş nazir müavini Akdoğan, prezident seçkisi və AK Partiyadakı vəzifə dəyişmə prosesinin müsbət keçdiyini ifadə edərək, prezident və Baş nazir arasındakı uyğunlaşmanın Türkiyəni inkişaf etdirәcәyini qeyd edib.
Terrorun sona çatması mәqsәdi ilә başladılan həll prosesinə də toxunan Yalçın Akdoğan, әmәliyyatlara son qoyulduğuna dair qərar bütün şiddət və asayiş hadisələrində tətbiq olunmalıdır deyib.
Dövlət tәrkibindә olub, amma dövlətin qaydalarına sadiq qalmayan şәxs və qruplaşmalar olaraq xarekterizә edilәn paralel quruluşa qarşı mübarizənin davam edәcәyini qeyd edib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr