"İki ölkə arasındakı əlaqələr yeni istiqamət qazanacaq"

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, İraq prezidenti Fuad Masum ilə telefonla danışıb.

119975
"İki ölkə arasındakı əlaqələr yeni istiqamət qazanacaq"

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, İraq prezidenti Fuad Masum ilə telefonla danışıb.
Ərdoğan, Masumu İraqda yeni hökumətin etimad qazanaraq vəzifəyə başlaması münasibǝtilǝ tǝbrik edib.
Yeni hökumətin İraqdakı bütün qruplarıla ǝmǝkdaşlıq etmǝsinin ölkənin dinclik və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığına işarə edən Dövlǝt başçısı Ərdoğan, yeni prosesdǝ ikitərəfli əlaqələrin də yeni istiqamǝt qazanacağına inandığını vurğuladı.
Ərdoğan, Türkiyənin İraqdakı bütün qruplarla həmrəylik içində olmağı davam etdirəcəyini də ifadə edib.
Cümhurbaşqanı Ərdoğan görüş zamanı, İraqdakı təhlükəsizlik problemlərinin həll olması mǝqsǝdiylǝ Müdafiə və Daxili İşlər nazirlǝrinǝ dǝ yaxın zamanda uyğun şǝxslǝrin təyin edilmǝsinin faydalı olacağını xatırladıb.
İraq prezidenti Masumun da Ərdoğana Türkiyə-İraq əlaqələrini inkişaf etdirmə mövzusundakı düşüncǝlǝrini çatdırdığı və bu mövzuda qərarlı olduqlarını söylədiyi qeyd edilib.
Xarici İşlər Nazirliyindən verilǝn açıqlamada isǝ, İraqdakı yeni hökumətin qurulması səbəbiylə Baş nazir Əhməd Davudoğlu və Xarici İşlər naziri Mövlüd Çavuşoğlunun iraqlı həmkarlarıyla telefonla görüşdüyü və təbrik etdiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr