Ərdoğan da ǝnǝnǝni pozmadı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Ərdoğan da keçmiş cümhurbaşqanları kimi ǝnǝnǝni pozmadı vǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝrindǝn sonra ölkǝ xaricinǝ ikinci sǝfǝrini Azǝrbaycana reallaşdırdı.

112012
Ərdoğan da ǝnǝnǝni pozmadı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Ərdoğan da keçmiş cümhurbaşqanları kimi ǝnǝnǝni pozmadı vǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ sǝfǝrindǝn sonra ölkǝ xaricinǝ ikinci sǝfǝrini Azǝrbaycana reallaşdırdı.
Cümhurbaşqanı Ərdoğan ilǝ Azǝrbaycan prezidenti İlham Əliyev arasındakı görüşlǝrdǝ iki ölkǝ arasındakı iqtisadi ǝlaqǝlǝrlǝ yanaşı Qarabağ mǝsǝlǝsi dǝ müzakirǝ edilǝcǝk.
Cümhurbaşqanı Rǝcǝb Tayyib Ərdoğanın Bakıya sǝfǝri iki gün davam edǝcǝk.
Ərdoğana bu sǝfǝrindǝ Milli Müdafiǝ naziri İsmǝt Yılmaz, Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu ilǝ Enerji vǝ Tǝbii Sǝrvǝtlǝr naziri Tanǝr Yıldız müşayiǝt edir.
Rǝsmi qarşılama mǝrasimindǝn sonra iki ölkǝnin dövlǝt başçıları bir araya gǝlǝcǝk. İki lidǝrin görüşündǝn sonra ortaq mǝtbuat toplantısı keçirilǝcǝk.
Cümhurbaşqanı Ərdoğanın Bakıya sǝfǝri zamanı Milli Tǝhsil Nazirliyinǝ bağlı Bakı Anadolu liseyinin dǝ açılış mǝrasiminin keçirilmǝsi gözlǝnilir.
Ərdoğanın Bakıya sǝfǝri zamanı nǝhǝng enerji vǝ nǝqliyyat layihǝlǝrilǝ Qarabağ mǝsǝlǝsi başda olmaqla regional mövzulardakı ǝmǝkdaşlıq imkanları gündǝmǝ salınacaq.
Cümhurbaşqanı Ərdoğan Azǝrbaycana sǝfǝrindǝn sonra Uelsǝ gedǝcǝk.
Dövlǝt başçısı, 60-dan çox dövlǝt vǝ hökumǝt rǝhbǝrinin qatılacağı NATO zirvǝsindǝ iştirak edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr