Әrdoğan bu gün Şimali Kıbrıs Türk Cümhuriyyәtinә gedir
Türkiyə cümhuriyyәtinin 12-ci cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xarici ölkә ziyarәtlәrinә başlayır.
![Әrdoğan bu gün Şimali Kıbrıs Türk Cümhuriyyәtinә gedir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/4273783erdoan.jpg?time=1718801710)
Türkiyə cümhuriyyәtinin 12-ci cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xarici ölkә ziyarәtlәrinә başlayır.
Bu gün Şimali Kıbrıs Türk Respublikasına gedəcək olan prezident Ərdoğanın İkinci dayanacağı isə Azərbaycan olacaq.
Ərdoğan, baş nazir olduğu dövrdә dəfələrlə getdiyi bu ölkələrdә ilk dəfə cumhurbaşqanı sifətiylә sәfәrdә olacaq.
Cumhurbaşqanı Ərdoğan, Şimali Kıbrıs Türk Cümhuriyyәtinә sәfәri çәrçivәsindә Türk siyasətçi Doktor Fazil Kiçik və ölkәnin ilk prezidenti Rauf Denktaşın qəbirlərini ziyarət edəcək. Həmkarı Derviş Eroğlu ilә bir araya gәldikdәn sonra, baş nazir Özkan Yorgancıoğlu və Məclis Başçısı Sibel Siber ilə görüşəcək.
12-ci prezidentinin İkinci dayanacağı isə dost və qardaş ölkə Azərbaycan olacaq.
3 sentyabrda Paytaxt Bakıya yola düşәcәk olan cumhurbaşqanı Ərdoğan, cәnab İlham Əliyev ilə bir araya gәlәcәk. Görüş zamanı nəhəng enerji və nəqliyyat layihələrinin detalları müzakirә edilәcәk.
Türkiyə və Avropaya təbii qaz çatdıracaq Şahdəniz layihəsinin tәmәl qoyma mәrasiminә qatılacaq.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718801711)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718801711)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq