Baş komandir sifətiylə Çankayada ilk ziyafәt

Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çankaya Köşkündə 30 Avqust Zəfər Bayramı münasibәti ilә ziyafәt verib.

108892
Baş komandir sifətiylə Çankayada ilk ziyafәt

Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Çankaya Köşkündə 30 Avqust Zəfər Bayramı münasibәti ilә ziyafәt verib.
Ərdoğan qonaqları, xanımı Əminə Ərdoğan ilə birlikdə qarşıladı.
Tәdbirә siyasət, idman, bürokratiya və iş adamlarından başqa fərqli tәşkilatlardan bir çox nümayindә iştirak edib.
Çankaya Köşkünün hәyәtindә verilәn ziyafәtdә, tarix boyu Türk ordularının istifadə etdiklәri 21 fərqli hәrbi formanın tәqdimatı olub.
Cumhurbaşqanı Ərdoğan və xanımı Əminə Ərdoğanın, təxminən 3 min 500 nәfәrin iştirak etdiyi tәdbirdә qonaqları birbә-bir salamlamaları diqqәt çәkib.
Cumhurbaşqanı Ərdoğan, Baş qərargah rәisi General Necdət Özәl, ordu komandirlәri vә onların xanımları ilә bir müddət söhbət edib. jurnalistlərlə xatirə şəkli çəkdirib.
Tәdbirә xanımı ilә qatılan baş nazir Əhməd Davudoğlu da bir çox dәvәtli ilә söhbәt edib. Yeni vəzifəsi səbəbiylə təbrikləri qəbul etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr