13 il әvvәl yaradılan AKP-nin ikinci sәdri xarici işlәr naziri Ә

AKP-nın, Ankara Arena İdman Salonunda reallaşdırılan 1-ci Fövqәladә Böyük Konqresindә partiya sәdriliyi üçün keçirlәn seçki nәticәlәndi.

106290
13 il әvvәl yaradılan AKP-nin ikinci sәdri xarici işlәr naziri Ә

13 il әvvәl yaradılan AKP-nin ikinci sәdri xarici işlәr naziri Әhmәd Davudoğlu olub.

AKP-nın, Ankara Arena İdman Salonunda reallaşdırılan 1-ci Fövqәladә Böyük Konqresindә partiya sәdriliyi üçün keçirlәn seçki nәticәlәndi.

10 minlәrlә qonağın doldurduğu Arena İdman Salonuna Әhmәd Davudoğlu ilә Partiyanın ilk ümum sәdri Rәcәb Tayyib Әrdoğan vә partiya üzvlәrinin alqışları ilә daxil oldu.
Әrdoğan partiya üzvlәrinә son dәfә ümum sәdr sifәtiylә müraciәt etdi.

"Bu gün yeni bir gündür. Bu gün Türkiyәnin özünә qayıtdığı gündür. Bu gün Türkiyәnin istikbalinin hәr zamankindәn daha şәfvaf olduğu bir gündür" deyәn Әrdoğan, " Bütün problemlәrin siyasi yollarla hәll hәl edilә bilәcәyini vurğulayıb. Mәsәlәlәrin müzakirә yeri Türkiyә Böyük millәt mәclisidir. Artıq bunların xaricindә bir yol , Türkiyә üçün bәhs mövzusu ola bilmәz. Bu gün siyasәt artıq mәcrasını tapmışdır. " deyib.
Әhmәd Davudoğlu, min 245 nümayәndәnin imzası ilә ümum sәdrliyә namizәd göstәrildi.
İlk imzanı Baş nazir Әrdoğan atdı.
Seçki әvvәli Davudoğlu nümayәndәlәrә xitab etdi.
Davudoğlu, "Bu bir vida konqresi deyil ,cәnab Rәcәb Tayyib Әrdoğana vәfa konqresidir ." dedi.
Davudoğlunun çıxışının ardından seçki nәticәlәri açıqlandı.
Әhmәd Davudoğlu min 382 sәslә AKP-nin ikinci Ümum Sәdri seçildi.

Partililәrә ilk dәfә Ümum Sәdr sifәtiylә sәslәnәn Davudoğlu AKP üzvlәrinә tәşәkkür etdi vә 2015 seçkilәrindә konstitusiyanı dәyişdirә bilәcәk güc ilә mәclisdә tәmsil olunmağı mәqsәd götürdüklәrini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr