12-ci cumhurbaşqanının and mәrasimi

Türkiyə, ilk dəfə xalq tərəfindən cumhurbaşqanı seçilən Rəcəb Tayyib Ərdoğanın and mərasiminə və 11-ci prezident Abdullah Gül-den yeni vəzifəsini tәhvil alacağı mәrasimә fokuslanıb.

106078
12-ci cumhurbaşqanının and mәrasimi

Türkiyə, ilk dəfə xalq tərəfindən cumhurbaşqanı seçilən Rəcəb Tayyib Ərdoğanın and mərasiminə və 11-ci prezident Abdullah Gül-den yeni vəzifəsini tәhvil alacağı mәrasimә fokuslanıb.
Türkiyə Böyük Millət Məclisində saat 14-dә tәşkil edilәcәk and içmә və ardından tәhvil-tәslim mәrasimi ilk seçilmiş cumhurbaşqanı üçün əvvəlki tətbiqlərdən fәrqli reallaşacaq.
Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Məclisdə hərbi mərasimlə qarşılanacaq.
Məclis sədri Cəmil Çiçək Ümumi ilcası açıq elan etdikdәn sonra Ərdoğanı salona dəvət edәcәk.
Məclis Başkanvekili Ayşenur Bahçәkapılı ilə Baş Assambleyaya daxil olacaq olan Әrdoğan Mazbatanı aldıqdan sonra kürsüdə and içeçek.
Mərasimə, 19 ölkə prezidenti və dövlət başçısı, 4 ölkə məclis başçısı, 14 ölkə də baş nazir səviyyəsində olmaqla 80-ə yaxın dövlət və beynəlxalq təşkilat nümayəndəsi qatılacaq.
Prezident Ərdoğan, and içdikdәn sonra İstiqlal himni oxunacaq. Ardından Bahçәkapılı ilə salonundan ayrılacaq.
Məclisdən hərbi mərasimlә yola ysalınacaq olan Rəcəb Tayyib Ərdoğan, əvvəl Anitkabiri ziyarət edəcək. Sonra isә yeni vәzifәni tәhvil almaq üçün Çankaya Köşkünә keçәcәk.
Çankayada baş tutacaq olan tәhvil-tәslim mərasimi üçün ən yüksәs səviyyədә dövlət protokolu tətbiq olunacaq.
Ərdoğan cütlüyü, Çankaya Köşkündə öncә atlı hәrb dәstә tərəfindən, sonra köşkün protokol qapısında Gül vә xanımı tәrәfindәn qarşılanacaq.
Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan köşkdә tәkbә-tәk görüşdükdәn sonra qonaqların huzuruna çıxacaq. İstiqlal Marşı oxunduqdan sonra iki lider dә çıxış edәcәk. Gül vә xanımı köşkdәn ayrıldıqdan sonra Ərdoğan vә xanımı , qəbul salonuna keçərək, mәrasimә qatılanların tәbriklәrini qәbul edәcәk.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr