Prezidentin andiçmә mәrasiminә qatılacaq qonaqlar Ankarada

Yeni seçilәn Prezidentin andiçmә mərasimi sabah keçiriləcək.

105326
Prezidentin andiçmә mәrasiminә  qatılacaq qonaqlar Ankarada

Yeni seçilәn Prezidentin andiçmә mərasimi sabah keçiriləcək.
Türkiyənin 12-ci prezidenti seçilən Baş nazir Rəcəb Tayyib Ərdoğanın andiçmә mərasimində iştirak edəcәk dövlət başçıları və beynəlxalq qurumların nümayəndələri Ankaraya gəlməyə başladı.
Bu səhərdən etibarən Ankaraya gələn 40-dan çox xarici qonaq arasında Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Dmitri Mezentsev, Venesuela Nəqliyyat naziri Haiman El Troudi, İsveçrә Baş naziri Köməkçisi Pol Dlamini və Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov var.
Makedoniya Prezidenti Jorge Ivanov, Efiopiya prezidenti Mulatu Teşome Virtu, Mәrakeşin Hökumət Başçısı Abdelilah Benkirane, Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, Bosniya və Herseqovina Prezident Şurasının sədri Bakir İzetbekoviç, Toqo prezidenti Faure Essozimma Gnassingbe və Somali prezidenti Həsən Mahmud da bu gün Ankarada olacaq.
Hәmçinin D-8, Afrika Birliyi, OECD kimi beynəlxalq təşkilatların nümayəndələri də bu gün qarşılanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr