Әdalit vә inkişaf partiyasının fövqәladә qurultayı

12 ildir iqtidarda olan Әdalәt vә inkişaf partiyasının bu gün fövqәladә qurultayı keçirilir.

204270
Әdalit vә inkişaf  partiyasının fövqәladә  qurultayı

12 ildir iqtidarda olan Әdalәt vә inkişaf partiyasının bu gün fövqәladә qurultayı keçirilir.
10 avqustda keçirilәn seçkilәrdә Türkiyә cumhuriyyәtinin 12-ci cumhurbaşqanı seçilәn Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilәn konqresdə partiya rәhbәrliyi postunu xarici işlər naziri Əhməd Davutoğluna təhvil verәcәk.
Rəcəb Tayyib Ərdoğan, sabah da Türkiyә Böyük Millәt Məclisinin fövqəladə iclasında and edəcək və mərasimi ilə prezident vәzifәsini tәhvil alacaq. Әrdoğanın 29 avqustda yeni hökümәti formalaşdırma işini Əhməd Davutoğluna tapşıracağı ehtimal olunur.
Digәr tәrәfdәn and içmә mәrasiminә qatılmaq mәqsәdiylә aralarında dövlət başçıları, prezidentlər və baş nazirlərin dә olduğu bir çox dövlət xadimi Türkiyәdә sәfәrdәdir.
Mәrasimә qatılacaq olan Makedoniya Türk Demokrat Partiyasının lideri Kenan Hasip, verdiyi açıqlamada 28 avqustun Türkiyə, Türk Dünyası və İslam aləmi üçün tarixi gün olduğunu ifadә edәrәk, "Rəcəb Tayyib Ərdoğan bir çox ölkədə, soydaşlarımızla, xüsusilə Balkanlarda Müsəlmanların ürəklərində taxt quran liderdir. Balkanları sıx ziyarət edən, birbaşa soydaşların və digər xalqların problemləriylə maraqlanan dövlәt adamıdır deyә vurğulayıb.
Çernoqoriya Baş nazirinin müavini Rafet Husoviç isə yeni baş nazir Əhməd Davudoğlunun Balkanlar baxımından əhəmiyyətli bir siyasәtçi olduğunu qeyd edib. Husoviç, "Əhməd Davudoğlu Balkanları ziyarət edən ilk xarici işlər naziri vә əlaqələrimizi inkişaf etdirәn siyasәt xadimidir " deyib.
Kosovo Türk Demokratik Partiyasının lideri Mahir Yağcılar da, Davudoğlunun xarici işlər naziri olaraq Balkanlarda böyük etibarı olan və Kosava Türkləri ilə maraqlanan bir xarici işlər naziri olduğunu ifadә edәrәk, onun yeni Türkiyədә dә böyük uğurlara imza atacağına әminliyini bildirib. Bu baxımdan Türkiyə xaricində yaşayan Türklər olaraq özlәrini şanslı vә xoşbəxt hiss etdiklәrini vurğulaıyb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr