Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin

Toplantıda, Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz, Azərbaycan Müdafiə naziri Zakir Həsənov və Gürcüstan Müdafiə naziri İraq Alasaniya iştirak edib.

96236
Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin

Türkiyə-Azərbaycan-Gürcüstan Müdafiə nazirlərinın üçtərəfli görüşünə Naxçıvan ev sahibliyi edıb.
Müdafiə nazirlərinin görüşü, Naxçıvan Ordu Qərargahında keçib.
Toplantıda, Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz, Azərbaycan Müdafiə naziri Zakir Həsənov və Gürcüstan Müdafiə naziri İraq Alasaniya iştirak edib.
Nazirlər görüşdən sonra mətbuat konfransı keçirib.
Müdafiə naziri İsmət Yılmaz çıxışında, Qafqazda sülh mühitinin təmin edilməsi üçün üç ölkənin ortaq hərəkət edəcəyini bildirib.
Yılmaz, Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həll edilə biləcəyini qeyd edərək, “Türkiyə olaraq Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” deyə vurğulayıb.
Toplantıda son illər həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələri də müzakirə olunub.
İsmət Yılmaz, Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Təbii qaz Boru Xətti layihələrinin tamamlandığını, TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin də çox yaxın bir zamanda tamamlanacağını söyləyib.
Görüşdə, bu nəhəng layihələrin təhlükəsizliyinin təmin olunması mövzusu müzakirə edilib. Bundan əlavə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün hər altı ayda bir dəfə, üç müdafiə nazirinin iştirakı ilə toplantılar keçirələcəyi də qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr