Türkiyǝnin Qǝzzaya humanitar yardımları davam edir

AFAD, Türkiyǝ ilǝ Qǝzza arasında qurulan hava körpüsü ilǝ ikinci dǝfǝ göndǝrilǝn humanitar yardımlar çatdırılıb.

92468
Türkiyǝnin Qǝzzaya humanitar yardımları davam edir

Fövqǝladǝ Hallar İdarǝsi AFAD, Türkiyǝ ilǝ Qǝzza arasında qurulan hava körpüsü ilǝ ikinci dǝfǝ göndǝrilǝn humanitar yardımlar çatdırılıb.
AFAD-ın, Qǝzza xalqının ǝsas ehtiyaclarının görülmǝsi üçün BMT Fǝlǝstinli Mühacirlǝrǝ Yardım Agentliyi ilǝ başladılan yardım fǝaliyyǝtlǝri çǝrçivǝsindǝ daha 3 min 500 ǝrzaq bağlaması Ankara Əsǝnboğa hava limanından Qǝzzaya göndǝrilib.
Xatırladaq ki, AFAD, avqustun 11-dǝ Qǝzzaya humanitar yardım çatdırılması üçün hava koridoru açmışdı. Eyni gün Qǝzzadan 4 yaralı fǝlǝstinlini Türkiyǝyǝ gǝtirǝn AFAD, ilk mǝrhǝlǝdǝ 3 min 500 ǝrzaq bağlamasını da Qǝzzaya çatdırmışdı.
Humanitar yardım fǝaliyyǝtlǝri çǝrçivǝsindǝ Türkiyǝdǝn Qǝzzaya cǝmi 11 min ǝrzaq bağlaması göndǝrilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr