Milli Tәhlükәsizlik şurası yığıncağı keçirilib

Prezident Abdullah Gülün son dəfə başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının yığıncağı dünən keçirilib

90114
Milli Tәhlükәsizlik şurası yığıncağı keçirilib

Prezident Abdullah Gülün son dəfə başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının yığıncağı dünən keçirilib. İraq və Qəzzada cәrәyan edәn proseslәrin müzakkirә olunduğu yığıncaqdan sonra verilәn açıqlamada xalqın təhlükəsizliyini maraqlandıran mövzuların әtraflı tәhlil edildiyi vurğulanıb. İraqda törәdilәn qanlı hadisәlәr qiymәtlәndirilib.
Açıqlamada deyilib: "İraqda davam edən və son günlərdə sıxlaşan qarşıdurmalar, bunların ölkəmiz və bölgəmizə necә tәsir bağışladığı mövzusunun müzakirә edildiyi yığıncaqda, sülh mühitinin bәrpası üçün İraq xalqına və yeni hökumətin formalaşdırılmasına dair atılan addımlara Türkiyәnin dәstәyi davam edәcәk”.
Bu ölkədə saxlanan Türkiyәnin Mosul Başkonsolluğu personalı ilə Türkmen soydaşlarımızın problemlәri, mәhz İsralin Qəzza zolağına istiqamətli əməliyyatlarının tәhlil edildiyi yığıncaqda mәsum insanların hәyatını itirmәsindәn böyük narahatlıq duyulduğu, Qəzzaya istiqamətli hümanitar yardımların artırılaraq davam edəcəyi vurğulanıb.
Prezidenti Abdullah Gül, yığıncaqda vəzifə müddətinin sona çatması səbəbiylə şura üzvlәriylә vidalaşıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr