Necdət Ünüvar, yaralı Azərbaycan əsgərlərini ziyarət edib

88973
Necdət Ünüvar, yaralı Azərbaycan əsgərlərini ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünüvar Ankarada müalicə alan yaralı Azərbaycan əsgərlərinə baş çəkib.
Necdət Ünüvar Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan yaralıların vəziyyəti ilə maraqlanaraq, onlarla söhbət edib, ayrıca xəstəxana rəhbərliyindən ətraflı məlumat alıb.

Millət vəkili yaralılarla söhbətində yaşanan müharibənin tezliklə bitəcəyinə inandığını və millət olaraq bunun üçün dua etdiklərini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr