Seçki nәticәlәri TRT kanalında qiymәtlәndirilib

Rəcəb Tayyib Ərdoğanın, Türkiyə cümhuriyyәtinin 12-ci prezidenti seçildiyi seçki nəticələri TRT kanallarında әtraflı şәkildә qiymәtlәndirilib.

86915
Seçki nәticәlәri  TRT kanalında qiymәtlәndirilib

Rəcəb Tayyib Ərdoğanın, Türkiyə cümhuriyyәtinin 12-ci prezidenti seçildiyi seçki nəticələri TRT kanallarında әtraflı şәkildә qiymәtlәndirilib.
Şәrhçilәr və jurnalistlər seçki nəticəsinin Türkiyənin gələcəyinə əks olunmasını və siyasətdə nә şәkildә tәsir edәcәyini tәhlil ediblәr.
TRT Xəbər və İdman yayımları departmanının başçısı Nəsuhi Güngör, baş tutan seçkilәrin Türkiyədə böyük siyasi dәyişimә sәbәb olacağını ifadə edərək, "Mən liderlər və kadrlar səviyyəsində əhəmiyyətli dəyişikliklər gözləyirəm" deyib.
İcmalçılar da həm seçkini həm də nəticələri TRT tamaşaçılarıyla bölüşüb.
ANAR Araşdırma baş direktoru İbrahim Uslu, seçkinin flaş namizədinin Halqların Demokratik partiyasınin namizədi Səlahəddin Demirtaşın olduğunu qeyd edib. Dәmirtaşın mәnsub olduğu partiyanın Yeni bir siyasi yol izlәmәyә başladığını ifadә edәn Uslu, CHP seçicisinin bir BDP liderinә səs verməyə başladığını vurğulayıb.
Star qəzetinin Ankara üzrә nümayəndəsi Mustafa Kartoğlu da, dövlәt başçılığı təmsili yox, siyasi mövqedir deyib.
Türkiyə İqtisadiyyat siyasəti Araşdırma Vəqfinin araşdırmaçılarından Nihat Əli Özcan da, Ərdoğanın prezident seçilməsiylə, Türkiyənin, Qəzzə, Suriya və İraq kimi mövzulara dair qərar qәbul etmә prosesindә, mövqeyini daha da güclәndirәcәyini söyləyib. Bunun bir imtiyaz kimi müşahidә olunduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr