Beynəlxalq müşahidə heyətlərinin seçki hesabatı

Türkiyədə prezident seçkisindən sonra, beynəlxalq müşahidə heyətləri də hesabatlarını ictimaiyyətlə paylaşmağa başlayıb.

87222
Beynəlxalq müşahidə heyətlərinin seçki hesabatı

Türkiyədə prezident seçkisindən sonra, beynəlxalq müşahidə heyətləri də hesabatlarını ictimaiyyətlə paylaşmağa başlayıb.
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası, seçki ilə bağlı hesabatlarını Türkiyə Böyük Millət Məclisində açıqlayıb. TÜRKPA nümayəndə heyətinin rəhbəri Nizami Cəfərov, səsvermə prosesini Ankaranın 4 bölgəsində izlədiklərini söyləyib. Cəfərov, milli qanunvericilik və beynəlxalq standartlar çərçivəsində təşkil edilən seçki prosesinin sakit keçdiyini qeyd edib.
10 Avqust 2014-ci il tarixində Türkiyədə reallaşan ilk ümumsəsvermə yolu ilə keçirilən Prezident seçkilərinin beynəlxalq standartlara uyğun olduğunu ifadə edən Cəfərov, seçkinin, Türkiyə və Türk Dünyası üçün xeyirli olması arzularını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr