12-ci prezident Әrdoğan

Qeyri rәsmi nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan səslərin təxminən 52 faizini toplayaraq Türkiyənin 12-ci prezidenti seçilib.

86553
 12-ci  prezident  Әrdoğan

Dünən Türkiyәnin siyasi həyatının ən əhəmiyyətli seçkisi keçirilib.
Qeyri rәsmi nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan səslərin təxminən 52 faizini toplayaraq Türkiyənin 12-ci prezidenti seçilib.
Seçki yarışını CHP və MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu ikinci, HDPnin namizədi Səlahəddin Demirtaş da üçüncü yerdә tamamlayıb.
İhsanoğlu təxminən sәslәrin 38, Demirtaş da 9. 7 faizini toplayıb.
Seçicilәrin 73 faizinin sәs hüququndan istifadә etdiyi seçkidә verilәn 40 milyon sәsdәn 39 milyon 700 mini etibarlı sayılıb.
Türkiyə daxilində 55 vilayәtdә Rəcəb Tayyib Ərdoğan, 15 şәhәrdә Ekmələddin İhsanoğlu, 11-dә isə Səlahəddin Demirtaş rəqiblərindən daha çox sәs toplayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr