Sәslәrin tәsnifatı davam edir

Türkiyәdә ümum xalq ilk dәfә prezidentini seçmәk üçün sәs verib. 12-ci cumhurbaşqanının seçilәcәyi yarışda üç namizәd yarışıb.

86103
Sәslәrin tәsnifatı davam edir

Türkiyә demokratiyası üçün böyük gün.
Türkiyәdә ümum xalq ilk dәfә prezidentini seçmәk üçün sәs verib. 12-ci cumhurbaşqanının seçilәcәyi yarışda üç namizәd yarışıb.
İqtidarda olan әdalәt vә İnkişaf partiyasının namizәdi baş nazir Rәcәb Tayyıb Әrdoğan, mәclisdә qrupu olan müxalifәtdәki cumhuriyyәt xalq partiyası ilә Millәtçi hәrәkәt partiyasının namizәdi vә digәr 12 partiyanın da dәstәk verdiyi Ekmәlәddin İhsanoğlu, Xalqların demokratik partiyasının namizәdi Sәlahәddin Dәmirtaş yarışıb.
Bütün Türkiyә әrazilәrindә saat 8-dә başlayan sәs vermә işi saat 17-dә sona çatdı. 52 milyon 894 min 115 seçici, bütün Türkiyәdә 165 min 108 sandıqda sәs verib. Sәs bülletenin bir әdәd olması, sәs vermә әsnasında sıran yaranmayıb. Digәr tәrәfdәn ali seçki şurasının yayım qadağan qәrarını saat 18.30dan etibarәn lәğev etmәsinә görә ilk nәticәlәr dә açıqlanmağa başlanıb. Qeyri rәsmi nәticәlәrә görә sәslәrin 50 faizi sayılıb. Buna görә baş nazir Rәcәb tayyıb Әrdoğan sәslәrin 55.56 faizini , Ekmәlәddin İhsanoğlu 35.96, Dәmirtaş isә 8.40 faizini toplayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr