Rәcәb Tayyıb Әrdoğan Türkiyә cümhuriyyәtinin 12-ci prezidenti
Әrdoğan qeyri rәsmi seçki nәticәlәrinә görә, xalq tәrәfindәn seçilәn Türkiyә cümhuriyyәtinin ilk prezidenti oldu.
Rәcәb Tayyıb Әrdoğan Türkiyә cümhuriyyәtinin 12-ci prezidenti seçildi.
Әrdoğan qeyri rәsmi seçki nәticәlәrinә görә, xalq tәrәfindәn seçilәn Türkiyә cümhuriyyәtinin ilk prezidenti oldu. Seçki nәticәlәrinin açıqlanması ilә әrdoğan vә onun başçılığındakı әdalәt vә inkişaf partiyası hәmçinin siyasәt ilә bağlı hәrәkәtli günlәr başlayır.
Seçki tәqviminә әsasәn, ali seçki şurası birinci gün seçki nәticәlәrini rәsmi olaraq açıqlayacaq. Ancaq nәhayi nәticәlәr avqustun 15-dә elan edilәcәk.
Prezident seçilәn baş nazir, әdalәt vә inkişaf partiyasının lideri Rәcәb Tayyıb әrdoğan, seçki nәticәlәrini әvvәlcә partiyasının sәlahiyyәtli şuralarında tәhlil edәcәk. Әdalәt vә inkişaf partiyasının yeni liderini seçmәk üçün fövqәladә qurultay tәşkil edilәcәk.
Rәcәb Tayyıb әrdoğan üçün, 11-ci prezident Abdullah Gülün vәzifә müddәti sona çatacaq olan 28 avqustda Türkiyә Böyük Millәt miclisindә and içmә mәrasimi tәşkil edilәcәk. Daha sonra Çankaya köşkünә gedәrәk yeni vәzifәni Abdullah Güldәn Tәhvil alacaq. Belәliklә Abdullah Gül Mәclis tәrәfindәn seçilәn son, Әrdoğan isә xalq tәrәfindәn seçilәn prezident olaraq tarixә düşәcәk. Әrdoğan prezident vәzifәsini tәhvil aldıqdan sonra yeni hökümәti formalaşdırma işini әdalәt vә inkişaf partiyasının yeni liderinә tapşıracaq.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718861966)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718861966)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq