TİKA-nın Əfqanıstana yardımları davam edir

TİKA bu dəfə paytaxt Kabilin xəstəxanasına tibbi cihaz və dərman vəsaiti yardımı göstərib.

83742
TİKA-nın Əfqanıstana yardımları davam edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA-nın Əfqanıstana yardımları davam edir.
TİKA bu dəfə paytaxt Kabilin xəstəxanasına tibbi cihaz və dərman vəsaiti yardımı göstərib. Türkiyə, illərdir sürən təhlükəsizlik və iqtisadi böhran səbəbiylə çətin günlər keçirən Əfqan xalqının yanındadır.
Təhsil, səhiyyə və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə yardım layihələri təşkil edən TİKA, bu dəfə bir xəstəxananın 3 illik tibbi vəsaiti və texniki avadanlıq ehtiyacını qarşılayıb.
Kabilin xəstəxanalarından birində təşkil edilən mərasimdə, TİKA Əfqanıstan koordinatoru Süleyman Şahin, icra hakimi Abdul Sami Şərifi və digər məmurlar iştirak edib.
Xəstəxananın həkimi Abdullah Saleh, bu yardımlar sayəsində 200 min adama şəfa verəcəyini söyləyib.
Qeyd edək ki, Türkiyə, TİKA vasitəçiliyi ilə Əfqanıstanda 2005-ci ildən bu zamana qədər 700 yardım layihəsini həyata keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr