Xarici İşlər Nazirliyi xəbərdarlıq edib

Dünyanı təhdid edən Ebola epidemiyası ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.

80096
 Xarici İşlər Nazirliyi xəbərdarlıq edib

Dünyanı təhdid edən Ebola epidemiyası ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.
Türk vətəndaşlarına diqqətli olmaları tövsiyə edilǝn açıqlama Xarici Nümayəndəliklər tərəfindən də yayılıb.
Açıqlamada Qvineya, Sierra Leone, Liberiya və son olaraq Nigeriyada yayılan Ebola epidemiyasının hələ nəzarət altına alınmadığı ifadə edilərək, bu ölkələr ilə digər ölkələr arasında səyahət edəcək vətəndaşların, gigiyenaya maksimum diqqət göstərmələri, məcbur qalmadıqca sıxlıq yerlərə getməmələri və ət məhsullarının istifadəsindən imtina etmələri tövsiyyə olunur.
Açıqlamada, “Bu ölkələrə gedənlərin “Səhiyyə Nazirliyi Türkiyə Keçid Məntəqələri və Sahillər üzrə idarənin www.seyahatsagligi.gov.tr internet səhifəsində nəşr olunan, epidemia ilə bağlı məlumatlar və qorunma tədbirlərinə dair təklifləri əldə etmələri tövsiyə edilir” ifadəsi yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr