Ali hәrbi şura yığıncağı bu gün öz işinә başlayır

Ali hәrbi şura yığıncağı baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığında bu gün keçirilәcәk.

78454
Ali hәrbi şura yığıncağı bu gün  öz işinә başlayır

Ali hәrbi şura yığıncağı baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığında bu gün keçirilәcәk.
Baş nazir Rәcәb Tayyıb Әrdoğanın başçılıq edәcәyi ali hәrbi şura üzvlәri yığıncaq әvvәlindә Anıtpqәbiri ziyarәt edәcәklәr.
Yığıncaqda vәzifәlәrinin yüksәldilmәsi nәzәrdә tutulan 192 ordu generalı və admiralın mövqeylәri müzakirә edilәcәk.
Digәr tәrәfdәn Prezidentliyə namizəd baş nazir Ərdoğan seçki mitinqlәrini ali hәrbi şura yığıncağının baş tutacağı günlәrdә dә davam etdirәcәk.
Yığınicaqda, baş qərargah rәisi ordu Generalı Necdət Özәl, Quru qüvvələri Komandiri General Hulusi Akar, Dəniz Qüvvələri Komandiri Oradmiral Bülent Bostanoğlu və Hava qüvvələri Komandiri General Akın Öztürkün vәzifәlәrindә dәyişiklik aparılmayacapq. 6 Avqust Çərşənbə günü sona çatacaq olan şura toplantısında qәbul edilәn qәrarlar, prezident Abdullah Gülə təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr