Türkiyədən Türkmənlərә yardım

Türkiyә İraqdakı Türkmәnlәr başda olmaqla mәcburi köçkünlәrә yardım çatdırmaqda davam edir.

74816
Türkiyədən Türkmənlərә yardım

Türkiyә, İraqda başda türkmənlər olmaqla mәcburi köçkünlәrә hümanitar yardım çatdırmaqda davam edir.
Türk Qızıl Aypara cәmiyyәtinin koordinasiya etdiyi yardımlar Kərkük, Sinvar, Erbil, duhok və Tuzhurmatu kimi bölgələrdə onlarla ailəyə və qaçqın düşərgəsinə çatdırılıb.
Qeyd edәk ki İraqda İŞİD-in irəliləyişi nәticәsindә onlarla Türkmen yaşadıqları evlәrini tərk etmək məcburiyyətində qalıb.
Türkmənlər, Tuzhurmatudan Duhok-a; Sincar-dan- Erbilə qədər uzanan geniş bir әraziyә pәnah aparıblar.
Türk Qızıl Aypara cәmiyyәti isə 20 İyundan bәridir, bölgәyә yardım çatdırmaqda davam edir. İndiyә qədər bölgәyә aparılan 47 yük maşını dolusu qida, geyim, təmizlik mәhsullarından ibarәt yardım vәsaitinin paylanması bayram tәtilindә dә davam edib.
İraqa humanitar yardım heyәtinin başçısı Ümid Türkarslan verdiyi açıqlamada TRT-nin vasitəçiliyi ilə bölgəyə yardımların çatdırılması işinin davam edәcәyini bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr