Әrdoğan "Hәll prosesi davam edәcәk"

Әrdoğan Diyarbәkirdә әhәmiyyәtli mesajlar verib.

71888
Әrdoğan "Hәll prosesi davam edәcәk"

Prezidentliyə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğan, seçki tәbliqatı çәrçivәsindә ötәn gün Diyarbəkirdә tәşkil edilәn mitinqdә meydanda toplanan xalqa xitabәn etdiyi çıxışında әhәmiyyәtli mesajlar verib. Terrorun sona çatması üçün hәyata keçirilәn hәll prosesinin qətiyyətlə davam edəcəyini ifadә edәn baş nazir, prezident seçilməsi halında prosesin davamına dair lazımlı addımları atacağını vurğulayıb.
İsrailin Qəzza Zolağına istiqamәtli hücumlarının sona çatması üçün Türkiyənin səylәrinin davam etdiyini, ancaq dünya vә Avropanın bu cinayәtә biganә qaldığını xatırladan baş nazir Әrdoğan, hәm xüsusi nümayəndələrinin hәm dә xarici işlər nazirinin Qəzzada törәdilәn qırğının qarşısının alınması üçün çalışdığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr