Prezident Gülden Bayram mesajı

Prezident Abdullah Gül, Ramazan Bayram münasibәti ilә verdiyi tәbrik mesajında, İslam dünyasında hökm sürәn ağrıların sona çatmasını arzuladığını bildirib.

72269
Prezident Gülden Bayram mesajı

Prezident Abdullah Gül, Ramazan Bayram münasibәti ilә verdiyi tәbrik mesajında Qəzza, İraq və Suriya başda olmaqla İslam dünyasında hökm sürәn ağrıların sona çatmasını arzuladığını bildirib.
İslam dünyası Ramazan Bayramını ağrılı qarşılayır, deyәn dövlәt başçısı, "Qəzzada insanlığa qarşı böyük cinayət törәdilir. Narahatlığın isas sәbәbi bütün tərəflərin cәrәyan edәn hadisәlәr qarşısında lazımlı addımları atmamasıdır deyә vurğulayı.
Qan və göz yaşının dayanması, ağrıların sona çatması üçün İslam dünyasına və beynəlxalq cəmiyyətә çağırış edәn dövlәt başçısı Abdullah Gül, İsrailin dәrhal hücumları dayandırmasının vacibliyiniqeyd edib. Daimi atəşkəsin bәrpası, təcili yardımların bölgəyə çatdırılması, ədalətli və daimi sülhün təmin edilməsi üçün Türkiyənin lazımlı addımları atdığını vә atmaqda davam edәcәyini söylәyib.
Prezident vəzifəsinin 28 Avqustda sona çatacağını xatırladan Abdullah Gül, "Xalqa xidmət Haqqa xidmət" mәntiqi ilә millətin xidmətində olmaqda davam edәcәyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr