Ərdoğan, BMT Baş katibilǝ telefonla danışıb
Baş katib, Türkiyǝnin atǝşkǝs tǝmin edilmǝsi üçün göstǝrdiyi sǝylǝrǝ böyük üstünlük verdiklǝrini vurğulayıb.
Baş nazir Rǝcǝb Tayyib Ərdoğan, BMT Baş katibi Ban Ki-Mun ilǝ ötǝn gün telefonla danışıb.
Baş katib, Türkiyǝnin atǝşkǝs tǝmin edilmǝsi üçün göstǝrdiyi sǝylǝrǝ böyük üstünlük verdiklǝrini vurğulayıb.
Baş nazir Ərdoğan isǝ İsrail hökumǝtinin İsrail-Fǝlǝstin probleminin hǝrbi metodlarla hǝll edilǝ bilmǝyǝcǝyini başa düşmǝsinin vacibliyini dilǝ gǝtirǝrǝk, Qǝzzada qǝtliama sǝbǝb olan hücumların tǝcili dayandırılması üçün çağırış edib.
Ərdoğan, Türkiyǝ olaraq, tǝrǝflǝr arasında daimi atǝşkǝsin tǝmin edilmǝsi mǝqsǝdilǝ göstǝrilǝn sǝylǝrdǝn nǝticǝ ǝldǝ edilmǝsini arzuladıqlarını qeyd edib.
Yarım saat davam edǝn telefon danışığının Baş katibin tǝlǝbilǝ keçirildiyi bildirilib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq