Fələstinlilərə yardım kampaniyası

Türkiyə hökuməti Qəzzada aclıq, susuzluq və sağlamlıq problemləri ilə üz-üzə qalan fələstinlilərə kömək kampaniyası başladıb.

68014
Fələstinlilərə yardım kampaniyası

Türkiyə hökuməti Qəzzada aclıq, susuzluq və sağlamlıq problemləri ilə üz-üzə qalan fələstinlilərə kömək kampaniyası başladıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın imzasıyla Rəsmi Qəzetdə bu gün dərc edilən təlimatnamədə Türkiyənin mübarək Ramazan ayında çətin vəziyyətdəki dost və qardaş Fələstin xalqı üçün hər cür kömək və dəstəyi təmin edəcək ifadəsi yer alıb.
Başladılan yardım kampaniyası Din İşləri üzrə İdarənin rəhbərliyi tərəfindən koordinasiya edələcək. Təlimatnamədə vilayǝt, bələdiyyələr başda olmaqla bütün ictimai qurumlar toplanan yardımların tək əldə cəmləşəcəyi də qeyd olunub. Fiziki və hüquqi şəxslər eləcə də qeyri-hökumət təşkilatları tərəfindən toplanan yardımları bölgəyə çatdırmaq üçün hökumət tərfindən Ziraat və Vaqif banklarında açılan hesablara yatıra biləcəkləri qeyd edilib.
Təlimatnamədə ayrıca olaraq Din İşləri üzrə İdarə tərəfindən açıqlanacaq bir qısa mesaj nömrəsinə Qəzza yazaraq göndərməklə də yardım etmək mümkündür.
Yardım kampaniyasına aid bank hesab nömrələri

Ziraat Bankı Ankara Kamu Girişimci şöbəsi

TL - Hesab No (IBAN): TR87 0001 0025 3334 2869 8550 77

ABŞ dolları Hesab No (IBAN): TR60 0001 0025 3334 2869 8550 78

AVRO Hesab No (IBAN): TR33 0001 0025 3334 2869 8550 79

GBP Hesab No (IBAN): TR06 0001 0025 3334 2869 8550 80


Etiketlәr:

Әlaqәli Xәbәrlәr