Davudoğlunun telefon diplomatiyası
Xarici işlər naziri Əhməd Davudoğlu Qəzzada atəşkəsin təmin edilməsi üçün intensiv bir telefon diplomatiyası yürütməkdədir.
![Davudoğlunun telefon diplomatiyası](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/4866944davutolutelefon.jpg?time=1718834869)
Xarici işlər naziri Əhməd Davudoğlu Qəzzada atəşkəsin təmin edilməsi üçün intensiv bir telefon diplomatiyası yürütməkdədir.
Əhməd Davudoğlu dünən ABŞ-nın dövlət katibi Con Kerri və Qatar xarici işlər naziri Əl-Ətiyyə ilə telefonla danışıb. Telefon söhbətlərində Fələstin Dövlət Başçısı Mahmud Abbasın Türkiyəyə səfəri sülh üçün atılan addım kimi qiymətləndirilib.
Davudoğlu İsrail ilə Fələstin arasında atəşkəsin bərpa edilməsi ilə bağlı vasitəçilik etməsi üçün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Emin Medeni ilə də bir görüş keçirib.
Türkiyənin Həmas ilə danışıqları isə davam etməkdədir. Davudoğlu Con Kerri arasındakı telefon danışığında ABŞ dövlət departamentinin sözçüsü Psakinin baş nazir Rəcəb Tayyib Ərdoğanın ifadələri ilə bağlı səsləndirdiyi fikirdən duyulan narahatlıq da vurğulanıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718834869)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718834869)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq