İsrail hədəfinə çata bilməyəcək

İsrail nə zülm etsə etsin hədəfinə çata bilməyəcək.

66049
 İsrail hədəfinə çata bilməyəcək

Xarici işlər naziri Əhməd Davudoğlu İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatla bağlı bir daha münasibət açıqlayaraq bildirib ki, İsrail nə zülm etsə etsin hədəfinə çata bilməyəcək. Davudoğlu xalq və ədalət adına ayağa qalxmış bir xalqdan daha qüdrətli heç bir güc yoxdur deyə fikirinidə səsləndirib. 9-cu Ənənəvi Konyalılar Buluşmasına qatılan Davudoğlu "Bu Ramazanda könülümüzün bir yarısı Qəzzada bir yarısı Suriyada və İraqdadır" deyərək bu istiqamətdə ictimaiyyətin bildiyi və bilmədiyi səylərin davam etdiyini, atəşkəs üçün səy sərf etdiklərini bildirib. Qəzza xalqının igid bir xalq olduğunu vurğulayan Davudoğlu , "Elə igid bir xalqdır ki, Qəzzalılar, illərdir Ramazanda və digər günlərdə hər cür hücuma məruz qalmalarına baxmayaraq boyun əymədilər, baş əymədilər. Salam olsun Qəzzalılara, salam olsun o igid xalqa ki, insanlığın susduğu yerdə vicdanı təmsil etdilər "deyə fikirlərini ifadə edib. Xarici işlər naziri İsraili işarə edərək mütləq bu zalımlardan bu dünyada və axirətdə bunun hesabının soruşulacağını da dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr