"İslam ölkələri Fələstini dəstəkləməlidir"

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatı çərçivəsində Konyada görüşlər keçirib.

63976
"İslam ölkələri Fələstini dəstəkləməlidir"

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatı çərçivəsində Konyada görüşlər keçirib.
Cümə namazını Hacı Veyiszadə məscidində qılan İhsanoğlu namazın ardından Mövlana Muzeyini də ziyarət edib.
İsrailin Qəzzada həyata keçirdiyi quru hərəkatına münasibət bildirən prezidentliyə namizəd rəsmi Təl-Əvivə qarşı beynəlxalq sahədə atıla biləcək addımlara diqqəti çəkib.
Artıq BMT-nin üzvü olan Fələstinin Cenevrədə İnsan Hüquqları Komissiyasının dəlilləri və təsbitləri ilə İsrailin müharibə cinayəti törətdiyinə dair qərar qəbul etdirə biləcəyini deyən Ekmələddin İhsanoğlu bu məsələdə İslam ölkələrinin Fələstini dəstəkləməsinin lazım olduğunu söyləyib.
Prezident seçkilərinə də toxunan İhsanoğlu "Ölkədə sabitliyin davamını istəyirik, əmin-amanlığın təsis edilməsin istəyirik. Fitnə, fəsad, ayrılıq, qütbləşmə və cəbhələşmələr istəmirik." deyə bildirib.
İhsanoğlu daha sonra bir iftar yeməyinə qatılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr