Ərdoğan iftar yeməyində səfirlərlə bir araya gəlib

Ərdoğan çıxışında, Ramazan ayının İslam dünyasıyla birlikdə bütün insanlıq üçün sülh, dinclik və bərəkət gətirməsini diləyib.

130806
Ərdoğan iftar yeməyində səfirlərlə bir araya gəlib

Dövlǝt başçılığına namizəd, baş nazir Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisində təşkil edilən iftar yeməyində Türkiyədə akriditə olunan səfirlərlə bir araya gəlib.
Ərdoğan çıxışında, Ramazan ayının İslam dünyasıyla birlikdə bütün insanlıq üçün sülh, dinclik və bərəkət gətirməsini diləyib.
Ramazan ayında İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyata da toxunan Ərdoğan İsraili Qəzzadan çəkilməyə çağırıb. Qəzzaya hücumların ardından əlinə dəqiq rəqəmlərin çatdığını ifadə edən Ərdoğan həmin rəqəmləri səfirlərə verib.
Baş nazir "İsrailin bu etdiklərini görəsən bizlər insan olaraq hansı dindən olsaq olaq, hansı məzhəbdǝn olsaq olaq nə ilə izah edəcəyik" deyə vurğulayıb.
Beynəlxalq cəmiyyəti Qəzzaya dəstək olmağa çağıran Baş nazir, cərəyan edən hadisələr qarşısında BMT-nin vəzifəsini yerinə yetirə bilmədiyini də qeyd edib. "Dünyada sülhü təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı bu vəzifəsini yerinə yetirmirsə, özünün yeniləməsini nəzərdən keçirməsi lazımdır. BMT Təhlükəsizlik Şurasına baxırsınız, onsuz da ora 5 dənə ölkənin iki dodağının arasında. Onlar nə desə o olur." deyə Baş nazir fikirlərini ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr