Әrdoğan, Hollande vә Sani ilə telefonda görüşüb

Әrdoğanın İsrailin Qəzza Zolağına istiqamətli tәşkil etdiyi hücumlar ilə əlaqədar diplomatiya sәylәri davam edir.

127523
Әrdoğan, Hollande vә Sani ilə telefonda görüşüb

Baş nazir Rәcәb Tayyıb Әrdoğanın İsrailin Qəzza Zolağına istiqamətli tәşkil etdiyi hücumlar ilə əlaqədar diplomatiya sәylәri davam edir.
Baş nazir Әrdoğan, ötәn gün Fransa prezidenti Fransua Hollande və Qәtәr əmiri Tamim Bin Hamad Әl Sani ilə telefonda görüşüb.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata әsasәn, Ərdoğan ilә Hollande arasında baş tutan telefon danışığında, hər iki lider də, tərəflərin 2012-ci ildə imzalanan atәşkәs razılaşmasına sadiq qalmalarının vacibliyini vurğulayıb.
Qəzza Zolağında cәrәyan edәn proseslәrin qayğılı olduğu sәslәndirilәn görüşdә gərginliyin artması hər iki tərəfin də əleyhinə olacaq deyilib.
Baş nazir Ərdoğan və Fransa prezidenti Hollande, Qəzzada qısa müddәtdә atəşkəsin bәrpasına töhvә verәcәk danışıqların davam etmәsi, bu çərçivədə qarşıdakı günlәrdә yenidәn görüş keçirilmәsi mövzusunda razılaşıb.
Baş nazir Ərdoğan, Qәtәr Əmri Tamim Bin Hamad Әl Sani ilə dә keçirdiyi görüşdә, İsrailin hücumlarının dərhal dayandırılması üçün beynəlxalq cəmiyyətin lazımlı addımlar atmasının vacibliyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr