Türkiyə-Özbəkistan əlaqələrində yeni dövr

Türkiyə və Özbəkistan arasında durğun əlaqələrin ardınca yeni bir dövr başlayır.

125215
Türkiyə-Özbəkistan əlaqələrində yeni dövr

Türkiyə və Özbəkistan arasında durğun əlaqələrin ardınca yeni bir dövr başlayır.
13 ildən sonra Xarici işlər naziri Əhməd Davudoğlu Özbəkistana səfər edib. Hər iki ölkə bu səfərə yeni bir başlanğıc gözüylə baxır. Səfərdə məqsəd əlaqələrdə qarşılıqlı etibarın yenidən təsis edilməsidir.
Əhməd Davudoğlunun ən əhəmiyyətli görüşü prezident İslam Kərimov ilə olub. Görüşdə əlaqələr, gəlinən nöqtə və atılacaq addımlardan danışılıb.
İslam Kərimov Türkiyənin dünyada iqtisadi və hərbi rolunu vurğulayaraq son dövrdə yaşanan sabitliyin əhəmiyyətinə də diqqət çəkib. İki ölkə arasında yaşanan səhvlərin təkrarlanmamasının vacibliyinə toxunan İslam Kərimov və Əhməd Davudoğlu problemlərin həll olunması istiqamətindəki təcrübələrinə də toxunublar.
Davudoğlu dostluq mesajı verərək "durğun dövr bitdi, əlaqələrimiz dünyaya nümunə göstəriləcək" deyib.
Səfər çərçivəsində Əhməd Davudoğlu xarici işlər naziri Əbdüləziz Kamilov və Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət naziri Elyar Ganiyev görüşdükdən sonra Özbəkistanda yaşayan türk cəmiyyəti ilə də bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr