"Dünya Birliyi Qəzzada yaşanan insanlıq faciǝsinǝ reaksiya göstǝ

Baş nazir Ərdoğan, bütün dünyanı, Qəzzada yaşanan insanlıq faciǝsinǝ reaksiya göstǝrmǝyǝ çağırıb.

125132
"Dünya Birliyi Qəzzada yaşanan insanlıq faciǝsinǝ reaksiya göstǝ

Baş nazir Rəcəb Tayyib Ərdoğan, İsrailin Qəzzaya yönǝldilmiş hücumları dayanmadığı müddətcə Türkiyənin İsrail ilə əlaqələrinin normallaşmayacağını bildirib.
Ötǝn gün, Yozgatda xalqa xitab etdikdən sonra valiliyin iftar proqramına qatılan Baş nazir Ərdoğan Qəzza mǝsǝlǝsinǝ toxunaraq mövzu ilə əlaqədar olaraq, BMT ilə görüşdüklərini qeyd edib.
Ərdoğan, bütün dünyanı, Qəzzada yaşanan insanlıq faciǝsinǝ reaksiya göstǝrmǝyǝ çağırıb.
Fələstin mövzusunda tərəf olduğunu xüsusilə vurğulayan Baş nazir Ərdoğan, Qəzzadakı faciǝni hǝr zaman tǝqib edǝcǝyini bildirib.
İsrailin əlaqələrin normallaşmasını istədiyini, amma hadisələrin də davam etdiyini ifadə edən Baş nazir Ərdoğan, "zülm davam edərkən bu ölkǝ ilǝ ǝlaqǝlǝrimiz normallaşa bilmǝz” deyib.
Baş nazir Ərdoğan gün ǝrzindǝ Fələstin Dövlət Başçısı Mahmud Abbas və Həmas Siyasi lideri Xalid Məşəl ilə telefonla danışıb.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata görə, Baş nazir Ərdoğan, Türkiyənin mövqeyini ortaya qoyub, İsrailin Qəzzəyə yönǝldilmiş hücumlarını dərhal dayandırması və atəşkəs qǝrarının yenidǝn qüvvǝyə minmǝsinin vacibliyini dilǝ gǝtirib.
Ayrıca, Baş nazir Ərdoğan gün ǝrzindǝ, Qəzzaya təcili yardım edilmǝsi üçün təlimat da verib.
Baş nazirin təlimatıyla Baş nazir Köməkçisi Emrullah işlər, bölgədə ofisi olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə ǝlaqǝ saxlayıb.
TİKA Qəzza Ofisi, ilk növbǝdǝ təcili ehtiyacı olanlara ǝrzaq və dərman yardımı edəcək.
TİKA, bölgədəki toqquşmalar sǝbǝbindǝn xaricdǝn yardım çatdırıla bilmǝdiyi üçün yerli qaynaqlardan təmin etdiyi dərman və ǝrzağı ehtiyacı olanlara çatdıracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr