Ekmələddin İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib.

124146
Ekmələddin İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu seçki təbliğatını İstanbulda davam etdirib. Eyüpda vətəndaşlarla bir araya gələn İhsanoğlu Eyüp Sultan məscidini də ziyarət edib. Prezidentliyə namizəd, ibadət yerlərində, dövlət qrumlarında və hərbi hissələrdə siyasət olmaz deyə bir açıqlamada verib. Daha sonra Ayvansaraydakı Həzrəti Kaab türbəsini ziyarət edən İhsanoğlunun proqramında iftar yeməyi olmasına baxmayaraq o, silah səsinin eşidilməsi ilə əlaqədar olaraq avtomobilinə minərək ərazini tərk edib. İstanbul Polis İdarəsindən verilən məlumatda bildirilir ki, polis əməkdaşları ilə bəzi şəxslər arasında yaranan mübahisə zamanı polis havaya atəş açmaqla həmin şəxsləri hadisə yerindən uzaqlaşdırıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr