Kırımoğlu vǝ Çubarov ötǝn gün Ankaraya gǝlib

Davudoğlunun dǝvǝtinǝ görǝ Krım Tatar Türklǝrinin lidǝri Mustafa Kırımoğlu vǝ Krım Tatar Milli Mǝclisinin sǝdri Rıfat Çubarov ötǝn gün Ankaraya gǝlib.

121158
Kırımoğlu vǝ Çubarov ötǝn gün Ankaraya gǝlib

Xarici İşlǝr naziri Əhmǝd Davudoğlunun dǝvǝtinǝ görǝ Krım Tatar Türklǝrinin lidǝri Mustafa Kırımoğlu vǝ Krım Tatar Milli Mǝclisinin sǝdri Rıfat Çubarov ötǝn gün Ankaraya gǝlib.
Davudoğlu ilǝ mǝtbuata qapalı keçirilǝn görüşdǝ, Kırımoğlu vǝ Çubarovun doğma yurdu Krım Muxtar Cümhuriyyǝtinǝ keçişlǝrinǝ mane olunması vǝ Krım Tatar Mǝclisinin bağladılacağı ilǝ tǝhdid edilmǝsi dǝ gündǝmdǝ olub.
Xarici İşlǝr Nazirliyindǝn yayımlanan yazılı açıqlamada bildirilib ki, bu qeyri-qanuni addımlara dǝrhal son qoyulmalı vǝ bunu hǝyata keçirǝnlǝr tǝcili hǝbs edilmǝlidir.
Açıqlamada ayrıca “Türkiyǝ, hǝr zaman olduğu kimi Krım Tatar Türklǝrinin yanında olacaqdır.” ifadǝsi yer tutub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr