İhsanoğlu, ötǝn gün İzmir və Aydın şǝhǝrlǝrindǝ olub

Dövlǝt başçılığına namizəd Əkmələddin İhsanoğlu, seçki kampaniyası üçün ötǝn gün İzmir və Aydın şǝhǝrlǝrindǝ olub.

121091
 İhsanoğlu, ötǝn gün İzmir və Aydın şǝhǝrlǝrindǝ olub

Dövlǝt başçılığına namizəd Əkmələddin İhsanoğlu, seçki kampaniyası üçün ötǝn gün İzmir və Aydın şǝhǝrlǝrindǝ olub.
Dövlǝt başçısının vəzifə və səlahiyyətlərinə toxunan İhsanoğlu deyib ki, siz bir siyasi təbliğat ilə Çankayaya getsəniz o zaman qarşıdurma baş verǝr.
Əkmələddin İhsanoğlu, Aydın şǝhǝrinǝ sǝfǝrindǝn öncǝ İzmir Adnan Menderes hava limanında jurnalistlərlə bir araya gəlib
İhsanoğlu, dövlət başçılığına seçiləcək şǝxsin dövlətin vahidliyini, cəmiyyətin birliyini təmsil edən qoruyan birinin olmasının vacisliyini dilǝ gǝtirib.
Daha sonra Aydına keçən İhsanoğlu, Şükran Güngör Teatr səhnəsində təşkil edilən yığıncaqda vətəndaşlara səslənib.
İhsanoğlu, seçkidə 55 hətta 60 faiz səs gözlədiklərini söyləyib.
Əkmələddin İhsanoğlu, daha sonra mərhum Baş nazir Adnan Menderesin Aydının Koçarlı qǝsǝbǝsinǝ bağlı Çakırbǝyli Kəndindəki evini ziyarət edib.
Türkiyədə demokratiya mübarizəsinin burada başladığını ifadə edən İhsanoğlu, "Biz buradan çox dərs ala bilərik." deyə qeyd edib.
İhsanoğlu, ziyarətin ardından Aydın Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi iftar yeməyinə qatılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr