Ərdoğan, Joe Biden ilə telefonla görüşüb

Görüşdə, İraq və Suriyadakı son vǝziyyǝtdǝn danışılıb.

116949
Ərdoğan, Joe Biden ilə telefonla görüşüb

Baş nazir Rəcəb Tayyib Ərdoğan, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Biden ilə telefonla görüşüb.
Görüşdə, İraq və Suriyadakı son vǝziyyǝtdǝn danışılıb.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata görə, görüşdə, İraq başda olmaq üzrə, regional mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə, Ramazan münasibəti ilə Baş nazir Ərdoğana təbriklərini çatdıran Biden, Türk TIR sürücülerinin sərbəst buraxılmasından mǝmnunluq duyduğunu bildirib.
Ərdoğan və Biden, İraq və Suriyadakı hadisǝlǝrlǝ əlaqədar olaraq Türkiyə və Amerikanın ǝmǝkdaşlıq etmǝlǝrinin əhəmiyyətinə işarə ediblǝr vǝ gələcəkdə də bu ǝmǝkdaşlığın davam etdirilmǝsi barǝdǝ razılaşıblar.
35 dəqiqə davam edən görüş, Joe Bidenin Baş nazir Ərdoğana zǝng etmǝsi nəticəsində reallaşıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr