Türk Hava Yollarının Pisa şəhərinə səfəri

Türk Hava Yolları İtaliyanın Pisa şəhərinə səfərlərə başladı.

108323
Türk Hava Yollarının Pisa şəhərinə səfəri

Türk Hava Yollarından verilən yazılı açıqlamada qurumun İtaliyaya həyata keçirdiyi Roma, Milano, Venesiya, Napoli, Bolonya, Genoa, Torino və Katanyanın ardından uçuş şəbəkəsinə Pisanın da daxil edildiyi bildirilir.
Türk Hava Yollarının dünyanın 107 ölkəsindəki, 257-ci məntəqəsi Pisanı, İtaliyada 9-cu, Cənubi Avropada isə 25-ci uçuş nöqtəsi olma xüsusiyyəti daşıdığı qeyd olunur.
İlk olaraq İstanbuldan bu gün təşkil edilən Pisa səfərlərin bazar ertəsi, şərşənbə axşamı, cümə axşamı və şənbə günü olmaqla həftədə 4 gün qarşılıqlı reallaşacağı bildirilir.
Yazılı açıqlamada sərnişinlərin İstanbuldan Pisaya bütün vergilər daxil olmaqla gediş-gəlişin 99 avrodan başlayan açılışa xüsusi bilet qiymətləriylə səyahət edə biləcəyi ifadə edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr