Bölgəyə göndǝrilǝn humanitar yardım fəaliyyətləri

Xarici İşlər Nazirliyinin, İraqda yaşanan proseslǝ bağlı gündəlik məlumatlandırma toplantıları davam edir.

106301
Bölgəyə göndǝrilǝn humanitar yardım fəaliyyətləri

Xarici İşlər Nazirliyinin, İraqda yaşanan proseslǝ bağlı gündəlik məlumatlandırma toplantıları davam edir.
Ötǝn gün keçirilǝn toplantıda, girov saxlanılan vətəndaşlarımızın, sǝhhi vəziyyətləri ilə əlaqədar bir mənfiliyin olmadığı ifadə edilib.
Xarici İşlər səlahiyyətliləri, İraq Türkmən Cəbhəsi İcra Komitəsinin üzvü Münif Kafilinin təşkil edilən hücum nəticəsində həyatını itirdiyini bildirib.
İraqda yaşanan böhranın dərinləşmǝkdǝ davam etdiyi vurğulanıb.
Yığıncaqda İraqda girov saxlanılan vətəndaşların ailələri ilə əlaqə saxlanıldığını, sürücülǝrin ailələriylə sabah nazirlikdə toplantı keçirilǝcǝyi ifadə edilib.
Bölgəyə göndǝrilǝn humanitar yardım fəaliyyətlərinin davam etdiyi dǝ bildirilib.
Liviyada böhran yaranan bölgələrdən Türk vətəndaşlarının tǝxliyǝ işlǝrinin davam etdiyini ifadə edən səlahiyyətlilər, bu çərçivədə Türk Hava Yollarının Misurataya səfərlərini artırdığı, bölgədən 426 adamın tǝxliyǝ edildiyi açıqlanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr