"Türkiyǝ Avropa üçün böyük bir imkan vǝ önǝmli bir fürsǝtdir"

Baş nazir Rǝcǝb Tayyib Әrdoğan, 3 günlük Avropa turunun ilk dayanacağı Avstriyanın paytaxtı Vyanada sǝfǝrdǝdir.

100642
"Türkiyǝ Avropa üçün böyük bir imkan vǝ önǝmli bir fürsǝtdir"

Baş nazir Rǝcǝb Tayyib Әrdoğan, 3 günlük Avropa turunun ilk dayanacağı Avstriyanın paytaxtı Vyanada sǝfǝrdǝdir.
Baş nazir, Avstriyada Avropalı Türk Demokratlar Birliyinin yaranmasının 10-cu ildönümündǝ Vyanada qürbǝtçilǝrǝ sǝslǝnib.
Әrdoğan müraciǝtindǝ deyib ki, Avstriyada, Almaniyada, Avropanın diğǝr bütün ölkǝlǝrindǝ, ǝmǝyi, tǝcrübǝsi, ǝn ǝhǝmmiyǝtlisi dǝ sülh vǝ dostluq mǝsajları ilǝ var olan bir millǝtik. Heç kǝs Türkiyǝnin inkişaf etmǝsindǝn qorxmasın. Türkiyǝ Avropa üçün böyük bir imkan vǝ önǝmli bir fürsǝtdir.
“Yeni bir Trükiyǝ Avropanın önǝmli bir seçimidir, çıxış yoludur.” deyǝ vurğulayan Әrdoğan, Türkiyǝnin Avropanın dünyaya, şǝrqdǝ vǝ müsǝlmanlara açılan yegânǝ möhkǝm qapısı olduğunu bildirib.
Baş nazir Әrdoğan, Vyanada vǝtǝndaşlara müraciǝtindǝ İraqdakı hadisǝlǝrǝ dǝ toxunaraq deyib ki, bu anda İraq yanır. İraqlı qardaşlarımız bir daha insanlıq faciǝsi yaşayır. Dünya yenǝ sǝyr edir. Biz İraqda hǝr kǝsin qardaş olduğunu bǝyan edǝrǝk bu faciǝnin qarşısının alınması üçün sǝylǝrimizi davam etdiririk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr