Türkiyə dövlət başçsı Abdullah Gül, İstanbulda

101542
Türkiyə dövlət başçsı Abdullah Gül, İstanbulda

Türkiyə dövlət başçsı Abdullah Gül, İstanbulda görüşlərini davam etdirir. Xarici işlər naziri Əhməd Davudoğlu, Mosul Baş konsulluğunda hücumdan sonra İraqdakı son hadisələrlə bağlı prezident Abdullah Gülə məlumat verib. ABŞ-nın Ankaradakı səfiri Francis Ricciardone ölkə başçısı Abdullah Gülün qəbulunda olub. Dövlət başçısı Abdullah Gül İstanbulda Türkiyədəki səlahiyyət müddəti iyul ayında başa çatacaq Amerika səfiri Francis Ricciardone ilə görüşüb. Ricciardone və həyat yoldaşı, Abdullah Güllə vida mərasiminə qatılıb. Mətbuata qapalı keçən görüş 1 saat 10 dəqiqə davam edib. İraqda Mosul Baş konsulluğuna təşkil olunan hücumdan sonra Türk vətəndaşlarının sağ-salamat geri dönməsi üçün cəhdlər davam etdirilir. Xarici işlər naziri Əhməd Davudoğlu, bu çərçivədə son hadisələr haqqında məlumat vermək üçün Huber Köşkündə gedib. Programdan kənar keçirilən görüşdən sonra Abdullah Gül və xarici işlər naziri Əhməd Davudoğlu Cümə Namazı üçün Kalender Üstü Məscidinə gediblər. Bundan başqa Abdullah Gül xarici şirkətin meneceri ilə BMT –nin İnkişaf Proqramının rəhbəri Helen Clarkın ayrı-ayrı qəbul edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr