Mosulda girov saxlanılan tir sürücüləri azad olundu

İŞİD terror təşkilatı xadimləri tərəfindən Mosulda girov saxlanılan 31 türk sürücüsü azad olunub.

92730
Mosulda girov saxlanılan tir sürücüləri azad olundu

Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İdarə heyətinin sədri Çətin Nuhoğlu bildirib ki, İŞİD terror təşkilatı xadimləri tərəfindən Mosulda girov saxlanılan 31 türk sürücüsü azad olunub.
Nuhoğlu, Mosulda İŞİD xadimləri tərəfindən girov saxlanılan türk sürücüləri ilə mütamadi əlaqə saxladığını deyib.
Sürücülərin hamısının sərbəst buraxıldığını deyən Nuhoğlu, “Onlar Mallarını boşaltmaqla bağlı problem yaşayırlar, lakin tam olaraq ordan nə vaxt ayrılacaqları bilinmir. Mosul üzərindən gələcəklər, Mosulda indi bir problem yoxdur” deyǝ bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr