İstanbulda dünyanın әn böyük havalimanı

Dünyanın ən böyük hava limanının təməli qoyulub.

86514
İstanbulda dünyanın әn böyük havalimanı

Ötən gün İstanbulda Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dünyanın ən böyük hava limanının təməli qoyulub.
Ərdoğan, havalımanının Türkiyənin 91 illik tarixində vacib investisiya layihələrindən biri olduğunu deyib və "biz burada yalnız havalimanı deyil zəfər xatirəsi inşa edirik" deyə vurğulayıb. “Atatürk” hava limanından 7 dəfə böyuk olacaq yeni aeroport, ildə 150 milyon sərnişin daşıma gücünə malik olacaq. Hava limanı əsasən tranzit səfərlər həyata keçirən sərnişinlər üçün olacaq və terminallar arasındakı nəqliyyatlar relslərlə idarə olunacaq. İstanbulun Şimali Mərmərə hissəsindən mərkəzə qədər olan şosedə nəqliyyatın hərəkəti üçün relsli sistem qurulacaq. 2017-ci ildə açılması planlaşdırılan hava limanın tikintisində 100 min nəfər çalışacaq. Layihə təqribən 26 milyard Avroya başa gələcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr