İran ilә ABŞ arasında danışıqlar aparılacaq

İran, nüvə danışıqlarından əvvəl ABŞ ilə ilk dəfə müzakirələr aparacaq.

86613
İran ilә ABŞ arasında  danışıqlar aparılacaq

İran, nüvə danışıqlarından əvvəl ABŞ ilə ilk dəfə müzakirələr aparacaq. Görüş, xarici işlər naziri müavinləri səviyyəsində keçiriləcək. İran ilə BMT-nin 5 daimi üzvü və Almaniya, İyulun 20-dək dək son razılaşmanı yerinə yetirməyə çalışır. Tərəflər arasındakı beşinci danışıqlar İyun 16-17 –də Vyanada keçiriləcək. Danışıqlardan əvvəl, İran ilə ABŞ, diplomatik müddəti tezləşdirmək məqsədi ilə ayrı bir görüş keçirməyə qərar verib. Amerika Birləşmiş Ştatları, bu məqsədlə xarici işlər nazirinin müavini Bill Börnsi Cenevreyə göndərib. İranı isə Cenevrədə xarici işlər nazirinin müavini Abbas Arakçı təmsil edəcək. Amerikalı səlahiyyətlilər, nüvə danışıqlarında kritik mərhələyə çatıldığını, daha aktiv bir diplomatiya izlənilməsinin lazım olduğunu ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr