Türk dilli ölkələrin liderləri Bodrumda görüşəcək

Gül,Türk Dilli ölkələrin Əməkdaşlıq Şurasının 4-cü sammitində liderlәri qəbul edəcək.

80478
Türk dilli ölkələrin liderləri Bodrumda görüşəcək

Türk dilli ölkələrin liderləri Bodrumda görüşəcək.
Prezident Abdullah Gül, Türk Dilli ölkələrin Əməkdaşlıq Şurasının 4-cü sammitində Türkmənistan, Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlət başçılarını qəbul edəcək. Sammitdə Turizm əsas müzakirə mövzusu olacaq. İyunun 4-də başlayacaq sammit iki gün davam edəcək. Tədbir çərçivəsində Qırğızıstan prezidenti Almazbek Atambayev, Ankarada da rəsmi səfərdə olacaq. Atambayev, Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Üçüncü toplantısına başçılıq edəcək, eləcədə prezident Abdullah Gül ilə təkbətək görüşəcək. Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhamedov isə Zirvəyə ilk dəfə qatılacaq. Berdimuhammedov da səfəri çərçivəsində Ankaraya gedəcək. Türkiyə- Türkmənistan İqtisadi Komissiysı Türk-Türkmen iş adamları arasında biznes forum keçiriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr